21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrandan milyardlar gedir: birja çökür

31.10.2022

Statistikalar Tehran birjasından kapital axınının sürətləndiyini və birja dəyərinin aşağı düşdüyünü göstərir. Son 10 gündə bu rəqəm 3 milyard 650 milyard tümənə (təxminən 150 milyon dollar) çatıb.

"DM" xəbər verir ki, Tehran birjasından gündəlik kapital axını oktyabrın sonuna qədər 100 milyard tümən (təxminən 4 milyon dollar) civarında olduğu halda, bu rəqəm şənbə günü 900 milyard tümənə çatıb.

"Exo İran” saytı bazar günü, noyabrın 30-də Tehran birjasından daha 500 milyard tümənin çıxarıldığını bildirib.

Ümumilikdə, son 10 gündə ayrı-ayrı insanlar tərəfindən birjadan 3,650 milyard tümən çıxarılıb.

İran fond bazarı artıq 21-ci gündür ki, sürətli kapital axınının şahidi olur. Ümumi fond bazarı indeksi son bir ayda 92 min bənd aşağı düşüb.

İran İslam Respublikasının dövlət xəbər agentliyi (İRNA) oktyabrın 17-də iqtisadçı ekspert Həmidreza Cəhaniyə istinadən elan edib ki, İranda hazırkı ümummilli etirazlar "investorların qorxusuna, birja indeksinin aşağı düşməsinə və dalğalanmasına səbəb olub”.

Bazar günü bir neçə iri şirkətin səhmlərinin köməyi ilə birjanın ümumi indeksi ardıcıl uzunmüddətli enişdən sonra təqribən 10.000 (bir faizin onda səkkizi) vahid artsa da, birjanın çəkili indeksi yenə də 1000-ə qədər ucuzlaşıb.

İbrahim Rəisi hökuməti son bir neçə gündə Tehran Birjasına dəstək paketi təqdim etsə də, bu, bazardan kapital axınının qarşısını ala bilməyib.

Şənbə günü bir sıra səhm alıcıları Tehran Birjası qarşısında etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, birja indeksinin düşməsi 2019-cu ilin yayında başlayıb.

İqtisadçılar və deputatlar hökuməti insanların vəsaitlərini cəlb etmək üçün indekslə qəsdən manipulyasiya etməkdə ittiham ediblər.

Məclisin İqtisadiyyat Komissiyası ötən ilki hesabatında birja indeksinin aşağı düşməsi nəticəsində xalqın 70 milyard dollar vəsait itirdiyini bildirib.