ABŞ İranla yeni sazişin şərtlərini açıqladı
15.10.2018
Vaşinqtonun İranla bağlamaq istədiyi müqavilədə bütün narahatlıqlar nəzərə alınmalıdır.
"Dövran Media" xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib:
"İranla yeni müqavilənin bağlanması müqabilində çox şeylərə hazırıq. Bu müqavilə Vaşinqtonun bütün narahatlıqlarını, o cümlədən Tehranın raket proqramı ilə bağlı məsələləri nəzərə almalıdır”.
O qeyd edib ki, İranın raket proqramı təhlükəsi Yəmən, İraq və Suriyada getdikcə daha da artır:
"Əgər İranın Yaxın Şərqdə təsirinin qarşısının alınması üçün daha çox iş görməsək, regional münaqişə riski ilə üzləşəcəyik”.