Azərbaycanda beyin ölümünün meyarları müəyyən edilib
31.10.2022
"Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzində bir yox, bir neçə komissiya var".
Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, birinci komissiya beyin ölümü elmi komissiyasıdır.
"Beyin ölümünün meyarları müəyyən edilib və komissiyanın tərkibi müəyyənləşdirilib. Digəri orqan donorunun qiymətləndirilməsi komissiyasıdır və hər bir orqana aid ayrı-ayrı komissiya yaradılıb", - nazir əlavə edib.