Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edib
28.10.2022
Sanksiyalara 30 Rusiya vətəndaşı və yeddi təşkilat daxil edilib.
Bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Norveç Rusiyaya qarşı sanksiyalarla bağlı Aİ-ni bir daha dəstəkləyir. Bu, Rusiya hökumətinə və onun tərəfdarlarına təzyiqi davam etdirmək məqsədi daşıyır”, - deyə Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt bildirib.
Norveç Nazirlər Kabineti qeyd edib ki, xüsusilə qondarma Donetsk və Luqansk Xalq Respublikaları ("DNR” və "LNR”), Xerson və Zaporojye vilayətlərində referendumun təşkilatçıları məhdudiyyətlərə məruz qalıblar.
Mənbə: TASS