Kazımov: “Hazırda məqsədimiz inflyasiyanı azaltmaqdır”
28.10.2022
"Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) məqsədi inflyasiyanı azaltmaqdır”.
"DM” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında AMB-nin sədri Taleh Kazımov bildirib.
"Əgər gələcəkdə inflyasiya nəzərdə tutduğumuzdan çox azalsa, iqtisadi aktivliyə mənfi təsir etsə, uçot dərəcəsi vasitəsilə bazara təsir etməyə çalışacağıq. Biz dövriyyədəki notlarımız artıra da, azalda da bilərik. Artıq bu notlarla bağlı bazarda müəyyən gözləntilər formalaşıb”, - o deyib.