Dubay metrosunda ROBOT-SÜPÜRGƏÇİLƏR işləyəcək
15.10.2018
"Dövran Media" AzərTac-a istinadən xəbər verır ki, Dubayda keçirilən "Gitex” Yüksək Texnologiyalar Həftəsi çərçivəsində ölkənin Yollar və Nəqliyyat İdarəsi Amerikanın "Diversey” şirkəti tərəfindən yaradılmış robot-süpürgəçini nümayiş etdirib.
Belə ki, robot insanın müdaxiləsi olmadan bütün işi yerinə yetirməyi bacarır. Bundan ötrü onun su və təmizləyici vasitələr üçün nəzərdə tutulan xüsusi rezervuarlarını doldurmaq kifayət edər. Robot əlçatmaz künclərin təmizlənməsi üçün hərlənən fırçaya, məkanda səmti müəyyənləşdirmək üçün 8 optik ötürücü cihaza və müxtəlif iş rejimi seçmək və hərəkət etməkdən ötrü sensorlu ekrana malikdir.
Gələn ilin əvvəllərindən başlayaraq, metro stansiyalarında test çərçivəsində istifadə ediləcək robotlar ətraf mühit üçün təhlükəsizdir. Robot, həmçinin istifadə edilən suya 76 faizədək, kimyəvi vasitələrə isə 70 faizədək qənaət edir. Bundan əlavə, saatda 2 kilometr hərəkət edən robot-süpürgəçi cəld və effektli işləyir.