Ankarada terror HƏYƏCANI
15.10.2018
Türkiyənin paytaxtı Ankarada İran səfirliyinin binası təxliyə edilib.
Buna səbəb terror təhlükəsi olub. Verilən məlumata görə, səfirliyə intiharçı terrorçu tərəfindən hücum ediləcəyi barədə anonim zəng olunub. Səfirlik qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.
Ətraf küçələr bağlanıb.