21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Vaxta qənaət, məlumatın təhlükəsizliyi - HESAB.AZ

15.10.2018

Texnologiyanın inkişaf etdiyi dövrdə yeniliklərdən yararlanaraq insanlar həyatlarını daha da asanlaşdırırlar. Günlük həyatda ehtiyaclarımızı, təlabatlarımızı, etməli olduğumuz bütün əməliyyatlarımızı çalışırıq daha rahat, sürətli, sərfəli şəkildə həyata keçirək.
 Zamanımızı daha yaxşı dəyərləndirə bilmək üçün texnoloji yeniliklərə uyğunlaşmaq və mümkün qədər sərf etdiyimiz vaxtı minimuma endirmək tələb olunur. Xüsusilə də növbələrdə vaxt itirmək, yaşanan stress və gərginlik insanların həyatlarını daha da çətinləşdirir. Hesab.az onlayn ödəmələr portalı sizi bütün bu problemlərdən azad edir. Siz ödənişlərinizi istənilən yerdə, istənilən zaman rahat, sürətli, təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz.
Hesab.az-ın bizə təmin etdiyi üstün funksiyalardan biri də kartların yaddaşda saxlanması funksiyasıdır. Artıq ödəniş etdiyiniz kartın məlumatlarını hər dəfə daxil etməyə ehtiyac yoxdur. Yaddaşda saxladığınız kartınızla rahat və sürətli şəkildə ödəniş edə bilərsiniz. Kartınız yanınızda olmasa və ödəniş etmək lazım olduqda, bu funksiya sizin köməyinizə çatacaq. Eyni zamanda siz müxtəlif banklara aid olan kartlarınızı yaddaşda saxlaya və istənilən kartı seçərək əməliyyatınızı əlverişli şəkildə həyata keçirə bilərsiniz.
Yeni bir hesaba ilk dəfə ödəniş etdikdə isə təhlükəsizliyi təmin etmək və ödəniş edənin həqiqətən siz olduğuna əmin olmaq üçün Hesab.az vasitəsiylə mobil nömrənizə 6 rəqəmli təsdiqləmə kodu göndərilir. Bununla da sistem ödəniş təhlükəsizliyini təmin etmiş olur.
Onu da qeyd edək ki, məlumatların təhlükəsizliyi baxımından xüsusi proqram vasitəsilə bütün əməliyyatlar şifrələnir. Beləliklə də kartınızın məlumatları öz orijinal formasından tamamilə tanınmaz şəklə salınır. Belə ki, bu məlumatları nəzərdən keçirən hər hansı tərəf onları anlaya bilməz.
GeoTrust şirkəti onlayn əməliyyatların şifrlənməsi (Təhlükəsiz Soket Protokol şifrlənməsi adlanır) sahəsində dünya lideridir. GoldenPay bütün əməliyyatları şifrələmək üçün GeoTrust-dan istifadə edir və buna görə də siz onlayn qaydada ödəniş edərkən məlumatlarınızın təhlükəsiz olduğundan əmin ola bilərsiniz.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, "Visa” və "MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.