Ağdamda Zəfər Forumu keçirilir - FOTO
27.10.2022
Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam rayonunda Zəfər Forumu keçirilir.
"DM”-nın xəbərinə görə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu Ağdam Muğam Mərkəzində təşkil olunub.
Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak edirlər.