Qərbi Azərbaycanda dövlət binası ələ keçirilib
27.10.2022
İranın Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhər administrasiyasının binası etirazçıların nəzarətinə keçib.
"DM" xəbər verir ki, bu barədə "Azad İran” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, etirazçılar administrasiya binasına od vurublar. Aksiya hazırda "Ölüm olsun diktatora” şüarı ilə davam edir.