21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

27.10.2022

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanında dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Fərmana əsasən, bundan sonra Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını Daxili İşlər Nazirliyi təmin edəcək.

Dəyişikliyə qədər bu məsələni İqtisadiyyat Nazirliyi təmin edirdi.