21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əzizov bahalaşmanı Almaniya ilə müqayisə edib

27.10.2022

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Xətai rayonu Əhmədli qəsəbəsinin sakinləri ilə görüşü olub.

"DM" xəbər verir ki, görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dünyada baş verən mürəkkəb prosseslərin, həmçinin Avropadakı müharibə səbəbindən dünya iqtisadiyyatının böyük sarsıntılar yaşadığını bildirib.

Belə ki, qlobal səviyyədə əsas qida məhsullarının qiymətlərində artım baş verir. Azərbaycan da dünya iqtisadiyyatına inteqrasiya edib, lakin Prezident İlham Əliyevin sosial yönümlü siyasəti nəticəsində neqativ prosseslər ölkəmizdə o qədər də hiss edilmir.

Xüsusi olaraq vurğulanıb ki, qədim dövrlərdən bəri əsas qida məhsulu sayılan çörəyin 1 kq-nın qiyməti Almaniya və İtaliyada 6-7 AZN-dir. İqtisadi cəhətdən çox zəif olan Ermənistanda çörək 2,5 AZN, Rusiyada 2 AZN-dirsə, Azərbaycanda isə bu 1 manat 10 qəpik təşkil edir. Yumurtanın bir ədədi Rusiya və Ermənistanda 25 qəpik, Gürcüstanda 24 qəpik, Tacikistan və Moldovada 23 qəpik, Belorusda 18 qəpikdirsə, Azərbaycanda yumurta 16 qəpikdir. Eldar Əzizov həm də mal ətinin 1 kq-nın qiymətlər fərqindən danışdı. Bildirdi ki, mal ətinin 1 kq-nın qiyməti Azərbaycandan fərqli olaraq İtaliyada 2,2 dəfə, Ermənistanda 1,8 dəfə, Almaniyada 1,5 dəfə, Rusiyada 1,4 dəfə, Gürcüstanda 1,2 dəfə bahadır.

Bununla bərabər çox ağır iqtisadi durumda olan Ermənistanda və eyni zamanda Avropa ölkələrində qiymətlər hər ay qalxır, Azərbaycanda isə dövlətin dəstəyi sayəsində bu tendensiya mövcud deyil. Statistik məlumatlardan da göründüyü kimi ölkəmizdə əsas qida məhsullarının qiyməti bir sıra dünya ölkələrində olduğundan dəfələrlə aşağıdır və bu da ölkə başçısı cənab İlham Əliyevin sosial yönümlü siyasətinin nəticəsidir.