Çin Rusiyadan da TƏHLÜKƏLİDİR
15.10.2018
"Dövran Media" Zelv.ru-ya istinadən xəbər verir ki, Amerika prezidenti belə hesab edir ki, "seçkilərə müdaxilə” məsələsində Çin Rusiyadan daha çox təhlükəli görünür.
CBS-ə müsahibəsində 2016-cı il seçkilərində Rusiyanın müqdaxiləsinin olması barədə sualı cavablandırarkən Tramp bildirib ki, onlar bu işə qarışıblar, lakin düşünürəm ki, Çin də qarışıb. Məncə ən böyük problem Çindir. Tramp bir daha seçkilərin gedişində Rusiya ilə sözləşmə barədə ehtimalları təkzib edib. "Yaxşı görək, düşünürsünüz ki, seçkilərdə mənə kömək etmək üçün Rusiyaya zəng emişəm. Onlar mənə kömək edə bilməzdilər. Bu, sadəcə gülüncdür”- deyə, Tramp bildirib. ABŞ seçkilərində Rusiyanın müdaxiləsinin, həmçinin prezident Donald Trampın Rusiya ilə əlaqəsinin olması ilə bağlı istintaq işi müstəqil xüsusi prokuror Robert Muller, eyni zamanda, ABŞ-ın nümayəndələr palatasının kəşfiyyat üzrə komitəsi və konqres tərəfindən aparılır. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya müxtəlif ölkələrdəki seçkilərə təsir göstərmək cəhdlərini dəfələrlə təkzib edib və seçkilərə müdaxilə ittihamlarını "tamamilə əsassız" adlandırıb.