Sentyabr savaşı: İrəvan itkilərinin sayını yeniləyib
26.10.2022
12-14 sentyabrda Ermənistanın təxribatı nəticəsində sərhəddə baş verən toqquşmalarda ölən erməni əsgərlərinin sayı bir daha yenilənib.
"DM" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
O bildirib ki, toqquşmalarda ölən erməni əsgərlərinin sayı 240-a çatıb.
Qeyd edək ki, bundan öncə Ermənistan baş naziri Nikol Paşinyan 210 əsgərin öldürüyünü bildirmişdi.