Səfir: İsveçrənin hüquq-mühafizə orqanları ilə yaxından işləyirik
26.10.2022
2020-ci ildə Brüsseldə Azərbaycan səfirliyinə hücum olunmuşdu və səfirliyin 6 əməkdaşı xəsarət almışdı. Eyni zamanda, səfirliyin binasına zərər dəymişdi.
"DM" xəbər verir ki, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov mətbuat konfransında deyib.
"Təbii ki, belə hücumlar müxtəlif ölkələrdə baş verə bilər. Biz indi İsveçrənin yerli hüquq-mühafizə orqanları ilə yaxından işləyirik. Əvvəllər ASALA-nın türk diplomatlarına qarşı terror aktlarının şahidi olmuşuq. Ümid edirəm ki, bu, təkrar olunmaz. İsveçrə dünyanın ən təhlükəsiz ölkələrindən biridir”, - səfir əlavə edib.