Rusiya türk qırıcıların uçuşuna əngəl olur - SƏBƏB
08.02.2018
Türkiyə Silahlı Qüvvələrinə aid döyüş təyyarələri və helikopterlər 4-5 fevral tarixindən etibarən Afrin hava sahəsindən istifadə edə bilmir.
Dövran Media xəbər verir ki, bu barədə "Hürriyət” informasiya yayıb.
Hava sahəsinin bağlanmasına səbəb Rusiyanın öz aviasiyasına yerdən atılan raketlərin qarşısını almaq üçün yeni bir elektron hava hücumundan müdafiə sistemi qurmağa başlaması olub. Rusiyanın bu istiqamətdə işləri yekunlaşdıqdan sonra hava sahəsinin yenidən açılacağı gözlənilir.
Afrin səmasında Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-ların uçuşunda isə hər hansı bir problem müşahidə olunmayub.