İsa Həbibbəyli AMEA-nın prezidenti secilib
25.10.2022
Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçilib.
"DM" xəbər verir ki, AMEA-nın Ümumi yığıncağında Nizamnaməyə uyğun olaraq Seçki Komissiyası yaradılıb və səsvermə keçirilib. AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibəylinin namizədliyi təsdiqlənib.
Səsverməyə əsasən, İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.
12:11
AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib, daha sonra qurumun prezidentinin seçilməsi üçün səsvermə başlayıb.
"DM” xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.
Namizədlər arasında İsa Həbibbəyli tək olub. Hazırda səsvermə davam edir.
İclasda həmçinin AMEA-nın yeni nizamnaməsi də təsdiq olunub.