03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gülnarə Kərimovanın mülkindən külli miqdarda zinət əşyaları tapılıb

15.10.2018

"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, İsveçrənin hüquq-mühafizə orqanları Özbəkistanın birinci Prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın Cenevrədəki mülkündən 38 milyon frank dəyərində qiymətli əşyalar - qızıl saatlar və zərgərlik məmulatları aşkar edib.
 Özbəkistan mətbuatında bildirilir ki, İsveçrə polisi fantastik qiyməti olan boyunbağı və böyük qırmızı brilyant qaşlı üzüyün qeyri-qanuni yolla əldə olunduğunu iddia edir.
Qeyd olunur ki, 2008-ci ildən 2013-cü ilədək Özbəkistanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı nümayəndəsi olan Gülnarə Kərimova 2013-cü ildə ölkəsindən külli miqdarda pul çıxarmaqda şübhəli bilinib, onun haqqında cinayət işi açılıb. Daha sonra o, geri çağırılıb, diplomatik toxunulmazlıqdan məhrum edilib və hesabındakı 800 milyon frank dondurulub. 2015-ci ildə isə Gülnarə Kərimova dələduzluqda və vergidən yayınmaqda günahlandırılaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
Stokholmda nəhəng "Tella” telekommunikasiya şirkətinin üç sabiq rəhbərinin işi üzrə keçirilən məhkəmədə isə bildirilib ki, 2007-ci ildən 2010-cu ilədək şirkət Özbəkistanda fəaliyyətlərini davam etdirmək üçün Gülnarə Kərimovaya 400 milyon dollar rüşvət verib.
Təsdiq olunub ki, iki cinayət işi üzrə Özbəkistana vurulan zərər 2 milyard ABŞ dolları təşkil edir.
Onu da deyək ki, Gülnarə Kərimovanın qızı İman Kərimova sosial şəbəkələrdə anasının artıq azadlığa çıxması haqqında statuslar yazsa da, Özbəkistan Baş Prokurorluğu onun hələ də həbsdə olduğunu bildirib.