Azərbaycana turist axını iki dəfədən çox artıb
24.10.2022
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 176 ölkədən 1 milyon 162 min 700 nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gələnlərin 26,6%-i Rusiya, 19,6%-i Türkiyə, 11%-i İran, 7,4%-i Səudiyyə Ərəbistanı, 4,8%-i Gürcüstan, 3,2%-i Pakistan, 3,1%-i Hindistan, 2,3%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,9%-i Qazaxıstan, 1,8%-i Ukrayna, 1,7%-i İsrail, 1,6%-i Küveyt, 1,5%-i Özbəkistan, 1,4%-i Oman, 1,1%-i Böyük Britaniya, 11%-i digər ölkələrin vətəndaşları olub, 74,4%-ni kişilər, 25,6%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99 dəfə, Pakistandan 25,4 dəfə, Hindistandan 16 dəfə, Qazaxıstandan 5,7 dəfə, İsraildən 5,5 dəfə, BƏƏ-dən 5,2 dəfə, Bəhreyndən 4,8 dəfə, ABŞ-dan 3,4 dəfə, Almaniyadan 2,9 dəfə, Fransadan 2,7 dəfə, Böyük Britaniyadan 2 dəfə, Türkiyədən 1,7 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiyadan 1,7 dəfə, İrandan 1,6 dəfə, Gürcüstandan 25,5% artıb.
Son 1 ildə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283 600 nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55 800 nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395 300 nəfər olub.