Makron Vatikana gəlib: Papa ilə görüşəcək
24.10.2022
Fransa Prezidenti Emmanuel Makron Vatikana gəlib və burada Papa Fransisklə görüşəcək.
"DM" xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilir ki, görüşdə dünyada sülhün təmin edilməsi və kəskin beynəlxalq böhranların, o cümlədən Ukrayna böhranının həlli ilə bağlı məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, bu, Makronun Vatikana üçüncü səfəridir. O, dövlət başçısı kimi Vatikana ilk dəfə 2018-ci ilin iyununda səfər edib.