Mustafayev Qriqoryanla Brüsseldə görüşəcək
24.10.2022
Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Brüsseldə görüşəcək.
"DM" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb.
Məlumata görə, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla Brüsseldə Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın işi çərçivəsində görüşəcəklər.
Görüş noyabrın ilk həftəsində baş tutacaq.