Sahibə Qafarova partiya sədrləri ilə görüşüb
24.10.2022
Milli Məclisdə "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilməmişdən öncə parlament sədri Sahibə Qafarova iclasın keçirildiyi zala gəlib.
"DM"-nın məlumatına əsasən, Sahibə Qafarova tədbirdə iştirak edən qonaqlarla, o cümlədən parlamentdə təmsil olunmayan siyasi partiya rəhbərləri ilə salamlaşaraq fikir mübadiləsi aparıb.
Qeyd edək ki, yeni qanun layihəsi Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.