21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Conson baş nazir postuna namizədlikdən imtina edib

24.10.2022

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Liz Trassın istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və hökumət başçısı postlarına namizəd olmaqdan imtina edib.

"Düşünürəm ki, 2024-cü ildə keçiriləcək ümumi seçkilərdə Mühafizəkarlar Partiyasını qələbəyə çatdırmaq üçün yaxşı şansım var. Mühafizəkarlar Partiyasının üzvləri arasında partiya seçkilərində uğur qazanmağım və cümə günü (28 oktyabr) Douninq Stritə qayıtmağım üçün yaxşı şans var. Amma son bir neçə gün ərzində, təəssüf ki, bunun sadəcə düzgün olmayacağı qənaətinə gəldim”.

O, həmçinin qeyd edib ki, formal olaraq baş nazir postuna namizəd kimi çıxış etmək üçün 102 mühafizəkar deputatın səsini əldə edə bilib.

Eyni zamanda Conson vurğulayıb ki, o, baş nazirliyə digər namizədlərlə - keçmiş maliyyə naziri Rişi Sunak və Britaniya parlamentinin İcmalar Palatasının rəhbəri Penni Mordontla əlaqə saxlayıb. Keçmiş baş nazir milli maraqlar naminə birgə iş barədə razılığa gəlmək niyyətində olsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

"Ona görə də qorxuram ki, ən yaxşı seçim namizədliyimi irəli sürməmək və qalibə dəstək ifadə etmək olardı. Düşünürəm ki, təklif edə biləcəyim çox şey var, amma qorxuram ki, indi sadəcə doğru zaman deyil”.

Xatırladaq ki, Britaniyanın keçmiş baş naziri Liz Trass oktyabrın 20-də istefa verib.

Mənbə: TASS