Ərdoğan Binəli Yıldırım və Şamil Ayrımı xəstəxanada ziyarət edəcək
21.10.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçini İstanbulda yerləşdirildikləri xəstəxanada ziyarət edəcək.
"DM" xəbər verir ki, bu barədə Türkiyə hakim partiyası AKP-nın sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev onların vəziyyətlərinə dair bütün detallarla maraqlanıb.
Çelik əlavə edib ki, Azərbaycan səhiyyə naziri Teymur Musayev və səhiyyə işçilərinin əməkləri sayəsində yaralıların vəziyyətində heç bir problem yaşanmayıb və onlar Türkiyəyə gətirilib.
AKP sözçüsü hər üç şəxsin vəziyyətinin stabil olduğunu və lazımi müalicədən sonra normal həyata dönə biləcəklərini də vurğulayıb.