Abdullahian: “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”
21.10.2022
"Tehran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qafan şəhərində baş konsulluğun açılışında deyib.
Abdullahiyan Təbrizdə də Ermənistanın baş konsulluğunun açılacağını bildirib:
"İran hökumətinin qarşılıqlılıq prinsipi əsasında Təbrizdə Ermənistanın Baş Konsulluğunu açmağa hazır olduğunu xatırlatmaq istərdim”.