İran terror qruplaşmasını MƏHV ETDİ
14.10.2018
İranın Kirmanşah vilayətində atışma nəticəsində 6 nəfər həlak olub.
"Dövran Media" xəbər verir ki, bu barədə İran Kürdüstanı Demokratik Partiyası məlumat yayıb.
Atışma partiya üzvləri ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında yaşanıb. Ölənlərdən birinin mülki şəxs, 2-nin partiya üzvü, 3 nəfərin isə İran həbrçisi olduğu vurğulanıb.
***
İranın Kəşfiyyat Nazirliyi informasiya atışma ilə bağlı yayıb. Məlumatda bildirilir ki, terrorçulara qarşı keçirilən əməliyyat zamanı dəstənin 2 üzvü məhv edilib. Çoxlu sayda silah-sursat ələ keçirilib. Ələ keçirilən sənədlərə əsasən, terrorçu dəstəyə ərəb ölkələrinin dəstək verdiyi və Kirmanşah əyalətində teraktlar törətməyə hazırlaşdığı bəlli olub.
Terrorçuların ölkəyə qərb sərhədlərindən daxil olduğu bildirilib.