Lukaşenko: "Belarus heç kimlə döyüşmək fikrində deyil"
21.10.2022
Belarus heç kimlə döyüşmək fikrində deyil.
"DM" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
O qeyd edib ki, Belarusa müharibə lazım deyil.
"Ölkədə güc strukturu yenilənmiş konstitusiyaya uyğun formalaşandan sonra hər şey demokratik prinsiplər üzərində qurulacaq, hakimiyyətin qeyri-mərkəzləşdirilməsi baş verməyəcək”, - Belarus lideri vurğulayıb.
Lukaşenko ölkəsində Ukrayna ilə sərhədi dronlardan və digər hava hədəflərindən qorumaq üçün zəruri olan silah nümunələrinin mövcud olduğunu qeyd edib.
O, Belarusun sərhədi bağlamağı planlaşdırmadığını da əlavə edib.