BMT-nin eksperti: “Ağdamı görəndə şok keçirdim”
21.10.2022
"Mən 30 il BMT-də müxtəlif komitələrdə fəaliyyət göstərmişəm və müharibə baş vermiş bir çox ərazilərdə təcrübə keçmişəm. Hazırda isə bu tədbirdə BMT-nin müstəqil eksperti kimi fəaliyyət göstərirəm".
"DM" xəbər verir ki, bunu Ombudsmanların Bakı Beynəlxalq Konfransının iştirakçısı olan BMT və beynəlxalq insan hüquqları üzrə ekspert Afərin Şahidzadə Ağdama səfər zamanı deyib.
"Mütləq şəkildə qeyd etmək istəyirəm ki, mənim Ağdam şəhəri üçün gözləntilərim çox fərqli idi: buranı dinamik şəhər kimi təsəvvür edirdim. Amma buranı görəndə şok keçirdim. Ümumiyyətlə, bu cür cinayət əməlləri qəbuledilməzdir. Nəzərə alsaq ki, mən bir çox müharibələrdə təcrübələr yaşamışam. Məsələn, 1992-ci ildə Sloveniyada, Xorvatiyanın bir hissəsi olan Vukova şəhərində belə olmuşam. Buranı, əslində, orada baş verən vəhşiliklərlə müqayisə edirəm. Bu torpaqlar 30 il işğal altında olub, burada baş vermiş cinayət əməlləri, vəhşiliklər müharibə cinayətidir və heç bir insan hüququndan söhbət belə gedə bilməz”, - ekspert qeyd edib.