Ərdoğan: Taxıl sazişinin uzadılmasında heç bir maneə yoxdur
21.10.2022
"Taxıl daşınması sazişi” çərçivəsində 363 gəmi, 8 milyon ton taxıl və digər ərzaq məhsulları dünya bazarlarına çıxarılıb.
"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Ukrayna limanlarından yola düşən yüklərin 62 faizi Avropaya, 19,5 faizi Asiyaya, 13 faizi Afrikaya, 5,3 faizi isə Yaxın Şərq ölkələrinə çatıb.
Ərdoğanın sözlərinə görə, digər tərəfdən, ən az inkişaf etmiş ölkələrə 454 min 626 ton buğda göndərilib və bu ümumi həcmin cəmi 5,7 faizini təşkil edir.
Türkiyə Prezidenti Taxıl sazişinin uzadılmasında heç bir maneənin olmadığını vurğulayıb.
"Mən bunu dünən axşam Zelenski ilə telefon danışığımda və cənab Putinlə də müzakirədə bir daha anladım. Amma bu arada hər hansı tıxanma varsa, onu aradan qaldırmaq üçün bizim üçün heç bir maneə yoxdur”, - deyə o əlavə edib.
#
Tural Əsədi