Əli Erbaş: "Bu gün çiyin-çiyinə olmaq məcburiyyətindəyik"
21.10.2022
"Bu gün çiyin-çiyinə olmaq məcburiyyətindəyik".
"DM"-nın xəbərinə görə, bunu Türkiyə Diyanət İşləri İdarəsinin rəhbəri Əli Erbaş deyib.
O, indiyədək çətin günləri birlikdə aşdıqlarını söyləyib: "Bundan sonra da çətinliklərin öhdəsindən birlikdə gələcəyik. Bu gün sevincimizi, kədərimizi paylaşmaq günüdür”.
Qeyd edək ki, Ə.Erbaş Türk Dövlətləri Təşkilatlarının (TDT) müsəlman dini liderlərinin üçüncü görüşünə və digər tədbirlərə qatılmaq üçün Azərbaycanda səfərdədir