Conson qayıdır: Növbəti baş nazir mən olacam!
21.10.2022
Boris Conson Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniya baş naziri postu uğrunda mübarizəyə başlamaq üçün bu gün Karib adalarındakı məzuniyyətindən qayıdır.
"DM" xəbər verir ki, bu barədə "Teleqraf” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Conson artıq mühafizəkarları onun Douninq Stritə qayıtmasını dəstəkləməyə çağırıb və bildirib ki, növbəti ümumi seçkidə yalnız o qalib gələ bilər.
"Keçmiş baş nazir başqa bir potensial namizəd olan Rişi Sunakdan onunla görüşməyi və hökumətdə bir yerdə olmağı xahiş edib”, - məlumatda qeyd olunub.