Rusiyanın “əsas müxalifətçi”si AZADLIQDA
14.10.2018
Rusiyada pensiya islahatlarına qarşı etirazlara görə saxlanılmış siyasətçi Aleksey Navalnı 50 sutkalıq həbsdən sonra azadlığa çıxıb.
"Dövran Media" xəbər veirr ki, bu barədə məlumatı özünün "Twitter" mikrobloqunda Korrupsiya ilə Mübarizə Fondunun direktoru Roman Rubanov yayıb.
A.Navalnı sonuncu dəfə sentyabrın 24-də 30 sutkalıq həbs cəzasına görə saxlanıldığı həbsxanadan çıxarkən tutulmuşdu. Məhkəmə onu daha 20 sutka həbs cəzasına məhkum etmişdi. Buna səbəb isə Navalnının tərəfdarlarını pensiya islahatlarına qarşı qanunsuz mitinqə çağırması olmuşdu.