03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Pakistan vətəndaşları üçün viza rüsumu müəyyənləşib

21.10.2022

Pakistan vətəndaşlarına tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsi müəyyən edilib.

"DM" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Belə ki, qərarla Azərbaycana səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin siyahısı genişləndirilib. Siyahıya Pakistan da əlavə olunub.

Beləliklə, Azərbaycan ilə Pakistan arasında mövcud yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrini, iki ölkənin siyasi baxımdan həssas məsələlərdə bir-birinə göstərdiyi dəstəyi, eləcə də iqtisadi-ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün atılan addımları və bu mənada xüsusi əhəmiyyət kəsb edən qarşılıqlı səfərlərin əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd edilən Siyahıya Pakistanın əlavə edilməsi məqsədəuyğun hesab olunub.

Bu Qərar Pakista vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin qarşılıqlı olaraq Pakistan tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsinin səviyyəsində müəyyən edilməsini tənzimləyir.