Rusiya MN: Ukrayna ordusunun qarşısı alınıb
20.10.2022
Rusiya qoşunları gün ərzində Ukrayna ordusunun Donbasda Jerebets çayını zorla keçmək cəhdlərinin qarşısını alıb, 40-dan çox ukraynalı əsgər həlak olub.
"DM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Krasno-Limanski istiqamətində Rusiya qoşunları Ukrayna bölmələrinin Luqanskın Nadiya, Stelmaxovka, Makeyevka və Donetskin Yampolovka yaşayış məntəqələri ərazilərində Jerebets çayını keçmək cəhdlərinin qarşısını alıb. Gün ərzində yüksək dəqiqlikli uzaqmənzilli havadan buraxılan raketlərlə Ukraynanın hərbi komandanlıq və enerji sistemlərinə hücum edilib, bütün təyin olunmuş hədəflər vurulub. Rusiya Xarkov vilayətində Ukraynanın "Alder” reaktiv yaylım atəş sistemini məhv edib. Hərbi aviasiya isə 24 saat ərzində Ukraynanın üç qərargahını, dörd sursat anbarını və bir yanacaq anbarını sıradan çıxarıb”, - məlumatda deyilir.