Fransada etirazçılara qarşı polis qəddarlığı - VİDEO
20.10.2022
Fransada neft emalı və nüvə sənayesi işçilərinin başlatdığı tətil getdikcə ümummilli miqyasda aksiyalara çevrilir. Belə ki, Parisdə və digər şəhərlərdə bu sahədə çalışan işçilərə minlərlə etirazçı, o cümlədən müəllimlər və nəqliyyat sənayesinin işçiləri qoşulub. Onlar maaşların artırılması və enerji qiymətlərinin dondurulmasını tələb edirlər.
"DM"-nın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrlə yanaşı Fransa telekanallarında yayımlanıb. Kadrlarda nümayişlərdə aksiyaçılara polis tərəfindən kobud müdaxilələr əks olunub.