İranda mollaları asmaq üçün işıq dirəkləri rezerv edilib
20.10.2022
İranda mollaları asmaq üçün elektrik dirəklərinin rezerv edilməsi ilə bağlı görünməmiş kampaniya başladılıb.
Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat verib.
Bununla bağlı yayılan fotoda birinci işıq dirəyinin İran Prezidenti İbrahim Rəisi üçün rezerv edildiyi bildirilib. İkinci dirək isə molla Ələmulhuda (İbrahim Rəisinin qayınatası və Məşhəd şəhərinin cümə imamı) üçün rezerv edilib.
Bu aksiya İranda molla rejimindən bezən etirazçılar tərəfindən təşkil edilib.
Belə ki, küçələrdəki işıq dirəklərinə hər birində bir hökumət rəsmisinin adı yazılmış elan vərəqələri yapışdırılıb. Həmçinin dirəyin orada adı yazılan mollanın asılması üçün rezerv edildiyi də xalqın diqqətinə çatdırılıb. Eyni zamanda da qeyd edilib ki, birinin adı olan dirəkdə başqa mollanı asmaq olmaz.