Azərbaycan Qarabağın bərpasına Polşa şirkətlərini cəlb etməkdə maraqlıdır - FOTO
20.10.2022
"İşğaldan azad edilmiş ərazilərin bərpasına Polşa şirkətlərinin cəlb edilməsi Azərbaycan üçün mühüm istiqamətdir”.
"DM” xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev bu gün Bakıda keçirilən Polşa-Azərbaycan biznes forumunda deyib.
"İnvestisiyalar baxımından Polşa şirkətlərini Azərbaycanda görmək bizim üçün zəruridir. Həmçinin, Polşa şirkətlərini işğaldan azad edilmiş ərazilərin bərpasına cəlb etmək də bizim üçün mühüm əhəmiyyət kəsb edir”, - o bildirib.
AZPROMO rəhbəri ölkələr arasında əlaqələrin fəal inkişaf etdiyini, ticarət dövriyyəsinin, o cümlədən Azərbaycandan Polşaya ixracın artdığını vurğulayıb.
Y.Abdullayev Azərbaycanda Polşa Ticarət Evinin və Polşada isə Azərbaycanın Ticarət Nümayəndəliyinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.