Zaxarova: NATO Rusiya ilə birbaşa hərbi toqquşmanın təhlükəli xəttinə yaxınlaşır
20.10.2022
Ukraynanın NATO silahları ilə təchiz edilməsi və Kiyevə hərbi yardım NATO-nu Rusiya Federasiyası ilə birbaşa hərbi toqquşmanın təhlükəli xəttinə yaxınlaşdırır.
"DM"-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarova NATO ölkələrini Kiyev rejiminin himayəsi altında terror fəaliyyətlərinin sponsorları adlandırıb:
"Qərb tərəfindən Ukraynaya verilən silahların qara bazarda qaçaqmalçılığının aylıq dövriyyəsi 1 milyard dolları ötür”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Rusiyalı diplomat şimal alyansının nüvə silahından çəkindirmə təlimlərinə də münasibət bildirib. Onun sözlərinə görə, bu təlimlər Avropadakı vəziyyətə sabitlik qatmır.