21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə, İsrail və İran PUA-ları: hansı güclüdür?

20.10.2022

Yaxın Şərqdə PUA istehsalı üzrə üç lider – Türkiyə, İran və İsrail bir neçə dəniz əsaslı pilotsuz təyyarə hazırlayıblar.

"DM" xəbər verir ki, bu barədə "Forbes” məlumat yayıb.

Türkiyə

Türkiyənin "Bayraktar TB2” PUA-sı bir neçə münaqişədə özünü doğrultduqdan sonra Baykar Müdafiə Korporasiyası yeni model – "TB3”ün hazırlanmasına başlayıb. Bu PUA da bir əhəmiyyətli detal istisna olmaqla (qatlanan qanadlar əlavə edilib – red.), "TB2”yə bənzəyir. Yeni PUA həm də görmə xəttindən kənarda uçmaq qabiliyyətinə malik olacaq. "TB3” Türkiyənin gələcək flaqmanı olan "Anadolu” amfibiya hücum gəmisi, eləcə də ixrac üçün hazırlanır. Yeni dron Yaponiyanın "İzumo” sinifli helikopter daşıyıcıları üçün mükəmməldir. Qatlanan qanadları sayəsində "Anadolu”nun göyərtəsində 30-50 yeni dron yerləşdirilə bilər.

Altı sərt nöqtə sayəsində "TB3” dronlarının hər biri "TB2” kimi beş fərqli mərmi daşıya bilər. Pilotsuz təyyarələr Türkiyə sahillərindən uzaqda yerləşən düşmən gəmiləri üçün təhlükə yaradacaq, eləcə də uzaq ölkələrdə quru əməliyyatlarına dəstək verəcək. Uçuş və eniş imkanlarına görə "TB3” əvvəllər qeyd olunan bütün PUA-lardan fərqli olaraq təkrar istifadə edilə bilər. Dronu gəminin göyərtəsinə endirmək onu dənizdən tutmaqdan qat-qat rahatdır. "TB3”ün ixrac potensialı da böyükdür, çünki o, kamikadze dron deyil, təkrar istifadə edilə bilən ilk dəniz dronudur. Daha çox ölkə dəniz dronlarına maraq göstərdikcə, "TB3” unikal xüsusiyyətlərinə görə məşhur ixrac modelinə çevrilə bilər.