Fergus Auld: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi vacibdir"
19.10.2022
Britaniya səfiri: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir.
"DM" xəbər verir ki, bu barədə Böyük Britaniyanın səfiri Fergus Auld oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı məlumat verib.
Ölkəsinin Azərbaycanla bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən diplomat münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
O, xüsusilə enerji sahəsində mövcud olan dinamik əlaqələri qeyd edib.
F.Auld Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Səfir Azərbaycanın alternativ və bərpa olunan enerji layihələrinin reallaşdırılmasında səylərinin vacibliyini və bunun ikitərəfli əlaqələrin mühüm hissəsi olduğunu söyləyib.