21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əməkdar artistin son durumu: “Ürəyinin cəmi 30 faizi işləyir”

19.10.2022

Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan tanınmış xanəndə, Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəziyyətində irəliləyiş var.

Bunu xanəndənin qızı Aygün Abdullayeva deyib.

O bildirib ki, atası 18 gündən sonra qida qəbul edib:

"Dünən axşamdan yemək yeməyə başlayıb. Çox sevinmişik. Şəkər xəstəsi olduğu üçün ayağındakı qanqren narahatlıq verir. Həkimlər müayinə ediblər. Uzun müddət ac qaldığı üçün orqanizm zəifləyib. Ürəyinin cəmi 30 faizi işləyir, damarlarının vəziyyəti də yaxşı deyil. Həkimlər bildirdilər ki, ümumi halı yaxşılaşsa, müalicə aparılar və ayağı amputasiya edilə bilər”.

A.Abdullayeva atasına göstərilən diqqətə görə hər kəsə təşəkkür edib: "Hər cür dəstək göstərirlər. Minnətdaram”.

Qeyd edək ki, S.Abdullayev 1939-cu ildə anadan olub.