Ukrayna Xersona hücuma keçib
19.10.2022
Ukrayna ordusu Xerson vilayətinin Novaya Kamenka – Berislav istiqamətində hücuma keçib.
"DM" xəbər verir ki, bunu Xersondakı qondarma qurumun nümayəndəsi Kirill Stremousov deyib.
"Ukrayna ordusu 128-ci dağ-hücum briqadasının iki batalyonu və 17-ci briqadanın tank batalyonunun iştirakı ilə hücuma keçib”, - Stremousov bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu hücumdan əvvəl artilleriya hazırlığı aparıb.