Köçəryan seçkiyə qatılmayacaq
13.10.2018
Ermənistanın eks-prezidenti Robert Köçəryan dekabrda keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etməyəcək.
"Dövran Media" xəbər verir ki, bunu Köçəryan "Blomberq” agentliyinə müsahibəsində deyib.
"Baş nazir olmaq üçün hədəf olmamalıdır. Əgər yeni hökumət ölkəni mükəmməl idarə etsə, əgər iqtisadiyyat ikiədədli göstəricilərlə inkişaf etsə, əgər Qarabağın təhlükəsizliyi etibarlı şəkildə təmin edilsə, situasiya fərqli olacaq” – deyə o bildirib.