"Ermənistan BMT-nin tələblərinə məhəl qoymur"
19.10.2022
"BMT-nin tələblərinə baxmayaraq, Ermənistan aqressiyanın nəticəsinə görə məsuliyyət daşımaqdan imtina edir".
"DM" xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib.
O xatırladıb ki, Xocalı işğal olunarkən yüzlərlə dinc sakin qətlə yetirilib: "Belə faciələr bir neçə dəfə olub. Erməni təcavüzü yaşlı insanların, uşaqların, qadınların həyatını itirməsinə səbəb olub, xeyli insan girov götürülüb. Girovlardan bəziləri sonradan öldürülüb, bəziləri sağlamlığını itirib".
T. Musayev bildirib ki, Ermənistan hərbi məqsədlərinə nail olmaq üçün hər şeyə hazırdır: "Onlar Azərbaycan toponimlərini erməni adlarına dəyişib, milli sərvətləri talayıblar".