Azad edilmiş keşiş Trampla görüşəcək
13.10.2018
Keşiş Edryu Branson oktyabrın 13-də ABŞ prezidenti Donald Trampla görüşəcək.
"Dövran Media" xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tramp bildirib ki, keşiş yaxşı vəziyyətdədir və tam yoxlanılması üçün Almaniyadadır.
O, Almaniyaya xüsusi reyslə gətirilib, daha sonra isə buradan Vaşinqtona gedəcək.
Xatırladaq ki, Bransonun həbsi ABŞ və Türkiyə arasında münasibətləri gərginləşdirmişdi. Keşiş 2016-cı ildə terrorçuluq ittihamı ilə Türkiyədə saxlanılmışdı. Buna cavab olaraq, ABŞ hökuməti türkiyəli nazirlər Əbdülhəmid Gül və Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etmişdi.