21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabah hava necə olacaq

13.10.2018

Azərbaycanda oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacaq, günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15°, gündüz 17-20° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir.
Havanın temperaturunun gecə 8-13°, gündüz 21-26° isti təşkil edəcəyi proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 4-9°, gündüz 11-16° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 7-12°, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının gecə və səhər bəzi yerlərində yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 12-17°, gündüz 19-24° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16°, gündüz 18-23° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti təşkil edəcək.
Bölgələrdə əsasən şərq küləyi əsəcək.