Çavuşoğlu Azərbaycanı təbrik edib
18.10.2022
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18 Oktyabr - Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
"DM" xəbər verir ki, o, bu barədə Feysbuk hesabında paylaşım edib.
"Can Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Biz türklər azad doğulmuşuq, azad yaşayırıq”, - paylaşımda qeyd edilib.