Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib
18.10.2022
Ukrayna səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.
"DM" xəbər verir ki, bu barədə ukraynalı diplomat "Facebook"da bildirib.
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə demişdi: "Müstəqillik yolu qədər çətin yol yoxdur”. Hələ uzaq 1995-ci ildə deyilən bu sözlər peyğəmbərcəsinə söylənmiş oldu... və təkcə Azərbaycan üçün deyil. Dost Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik! Sülh, əmin-amanlıq və çiçəklənmə arzu edirik!" - ukraynalı diplomat qeyd edib.