Rusiyadakı dəhşətli qəzanın səbəbi açıqlanıb
18.10.2022
Yeyskdə Su-34 təyyarəsinin qəza səbəbi texniki nasazlıq olub.
"DM" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
"Hadisə yerindən reqistratorlar götürülüb, pilotlar və aerodrom personalı dindirilir”, - məlumatda deyilib.
Qeyd edək ki, dünən Rusiyanın Su-34 təyyarəsi Krasnodar vilayətinin Yeysk şəhərində qəzaya uğrayıb. Təyyarənin yaşayış ərazisinə çırpılması nəticəsində 13 nəfər ölüb, 19 nəfər isə yaralanıb.