Türkiyə Azərbaycan ərazilərinin minalanması ilə bağlı hesabat hazırlayıb
18.10.2022
"Türkiyə Azərbaycan ərazilərinin minalanması ilə bağlı hesabat tərtib edib".
"DM" xəbər verir ki, bunu Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç bu gün Bakıda keçirilən Asiya Ombudsmanlar Assosiasiyasının iclasında çıxışı zamanı deyib.
Vətən müharibəsi zamanı Ermənistanın ballistik raketlərlə Azərbaycan şəhərlərini bombaladığını xatırladan Şərəf Malkoç bildirib ki, nəticədə Azərbaycanın mülki vətəndaşları həyatını itiriblər:
"Biz Ombudsman Səbinə Əliyevanın dəvəti ilə həmin şəhərlərdə olduq və insan hüquqları ilə bağlı hesabat hazırladıq".